04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Güllələnmiş heykəllər” ziyarət olunub

18.09.2019

Milli Musiqi Günündə mədəniyyət və ictimaiyyət nümayəndələri Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan "Güllələnmiş heykəllər”i ziyarət ediblər.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, "Güllələnmiş heykəllər" mütləq öz doğma yerlərinə qaytarılmalıdır.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın, Bülbülün heykəlləri Şuşada yenidən ucaldılacaq: "Biz var qüvvəmizlə çalışacağıq ki, o torpaqlar qaytarılsın və dahi Üzeyir bəyin vətənində onun musiqiləri səsləndirilsin".
Daha sonra  Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri önünə tər güllər düzülüb, xatirələri hörmətlə anılıb.