09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azercell-dən xəstələrə PULSUZ YARDIM

24.04.2018

Azercell Telekom MMC-nin Mobil Göz Klinikası 2018-ci ilin ilk 3 ayı ərzində fəaliyyətini uğurla davam etdirib, müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib. 
Yeni ilin ilk ayında klinikanın həkimləri Nizami rayonunda məskunlaşan məcburi köçkünlər, İsmayıllı rayonu Hüquq dünyası humanitar ictimai birliyində ehtiyacı olan, eləcə də Abşeron rayonu Zəngilan şəhərciyi 33 saylı tam orta məktəbdə təhsil alan şagirdlər üçün müayinələr təşkil ediblər. Fevral ayında klinikanın həkimləri Kürdəmir rayonu UAFA təşkilatının əməkdaşlarını, Sabunçu rayonu Rus icmasının üzvlərini və Qaraçuxur qəsəbəsində məskunlaşan qaçqınları müayinəyə cəlb ediblər. Mart ayında Xırdalan şəhəri 1 saylı yataqxanada, Lökbatan qəsəbəsində və Bərdə rayonunda məskunlaşan məcburi köçkünlər bu layihədən pulsuz yararlanıblar. Ümumilikdə bu ilin ilk 3 ayı ərzində 400-ə yaxın ehtiyacı olan xəstəyə pulsuz göz müayinəsi xidməti göstərilib.
Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər
Qayğıkeşlik Layihəsi İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 5 il ərzində layihə
çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni
zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan
insanlara xidmət göstəriblər.
"DM"