29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Radiosunda Bədii Şura yaradılıb

17.09.2019

"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.
QSC-dən bildirilib ki, Bədii Şuranın tərkibi aşağıdakı kimidir:
1. Rəşad Nəsirov  - AzTV – nin sədr müavini
2. İlham Rəhimli – "Mədəniyyət” kanalı Proqram direktorunun müavini
3. Eldost Bayramov – Diktor
4. Ələmdar Quluzadə - "Uşaq verilişləri” redaksiyasının baş redaktoru
5. Şəfəq Əlizanlı – "Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru
6. Qorxmaz Şıxalıyev -  "Səhər” redaksiyasının baş redaktor müavini
7. Rövşən Ramazanlı – "Xəbərlər” redaksiyasının baş redaktor müavini.
Məlumatda bildirilib ki, AzTV-də 8 aydır, TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.