29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həbsdən çıxan Kokorin “Zenit”lə yeni müqavilə imzalayıb”

17.09.2019

Rusiyanın "Zenit” klubu futbolçu Aleksandr Kokorinlə yeni müqavilə imzalayıb.
Bunu vəkil Yuri Padalko açıqlayıb.
Bu gün Belqorod vilayətindəki koloniyadan azadlığa buraxılan futbolçular A.Kokorin və Pavel Mamayevi qarşılayanlar arasında olan vəkil oyunçuların gələcək karyeraları ilə bağlı məqamlara aydınlıq gətirib: "Mamayevin "Krasnodar”la hazırda qüvvədə olan müqaviləsi var. Kokorin dünən "Zenit”lə yeni anlaşma bağlayıb. Sizə rəsmi informasiya verirəm. "Zenit”lə müqavilə imzalanıb və Aleksandr məşqlərə klubla razılaşmaya əsasən başlayacaq. Yəqin ki, o, "Zenit”in əsas heyətinə düşə biləcək. Lakin bu məsələ kluba aiddir”.
Moskvadakı davaya görə həbs olunan A.Kokorinin klubla müqaviləsi iyunun 30-da başa çatıb. Komandanın baş məşqçisi Sergey Semak məhkəmənin futbolçuların vaxtından əvvəl həbsdən azad olunması ilə bağlı qərarından sonra hücumçunun qayıdışını gözlədiyini bəyan edib. Onu ölkənin ən yaxşı futbolçularından sayan S.Semak heyətdə belə oyunçunun olmasını istənilən məşqçinin arzusu hesab edib.
Qeyd edək ki, may ayında Moskva məhkəməsi iki davada iştirak etdikləri üçün Pavel Mamayevlə Aleksandr Protasovitskini 1 il 5 ay, Aleksandr və Kirill Kokorin qardaşlarını 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sentyabrın 6-da Belqorod məhkəməsi P.Mamayev və Kokorin qardaşlarının vaxtından əvvəl azad olunmasına qərar verib. Məhkəməsi sentyabrın 24-də olacaq A.Protasovitskini də eyni qərar gözlədiyi bildirilir.