28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu təyyarələri Hindistan istehsal edəcək

15.09.2019

Hindistanın məşhur "Hindustan Aeronaustics" təyyarə şirkəti "İl -114” sərnişin təyyarəsini istehsal etməyi planlaşdırır.
Bunu "Tayms of İdia"ya açıqlama verən şirkətin rəhbəri Madhavan deyib. O bildirib ki, istehsal edilən təyyarələr yerli şirkətlərə təklif ediləcək.
Şirkət rəhbəri təyyarələrin istismarı üçün "İlyuşin" şirkəti ilə saziş imzaladığını bildirərək, "İl -114"-ün hazırda Hindistanda istifadə edilən təyyarələr üçün alternativ olduğunu qeyd edib:
"Bu təyyarələr müasir daxili dizayna malikdir və Qərb istehsalı olan avadanlıqlarla təchiz edilib. Bu təyyarələrin servis xidmətindən başlamağı planlaşdırsaq da, bazara yaxşı girərsə, onları istehsal etmək istəyirik”.
Madhavan onu qeyd edib ki, istehsal planlarının nəticəsi 3-4 ildən sonra bəlli olacaq.