09 05 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Böyük güclər Rusiyanı çökdürür: YENİ PLAN

24.04.2018

"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, Böyük yeddilik Rusiyanın davranışının öyrənilməsi üzrə yeni qrup yaradacaq.
Britaniya Xarici İşlər İdarəsinin rəhbəri Boris Conson bildirib ki, G7 ölkələri Rusiyanın zərərli davranışlarını öyrənəcək xüsusi qrup yaradacaq. Kanada xarici işlər naziri Xristia Frilənd deyib ki, yeni orqan Moskva tərəfindən dezinformasiya xəttindən demokratiyanın müdafiəsi ilə məşğul olacaq. . Xarici siyasət idarəsinin başçısı bildirib ki, Rusiyanın demokratiyaya hücumu barədə, bəzi demokratik ölkələrdə qeyri-sabitlik yaratmaq səyləri və həmcinin Rusiya dezinformasiyası haqqında danışıqlar aparıblar. G7 -Birləşmiş Ştatlar, Almaniya, Yaponiya, Böyük Britaniya, Fransa, İtaliya və Kanada daxil olmaqla iqtisadi inkişaf etmiş yeddi ölkənin birliyidir. G7 nazirlər toplantısı 21-23 aprel tarixlərində Toronto şəhərində
keçirilib. Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarındakı seckilərdə sürpriz qələbəsindən sonra Donald Trampın Moskvaya qarşı ittihamının ardından Qərb ölkələri də Rusiyanı kiber hücumlar və yalan informasiyalardan istifadə edərək, digər ölkələrin işlərinə müdaxiləsində günahlandırıblar. Moskva isə hec bir sübutu olmayan bu şübhələri əsassız sayır. Vladimir Putin bildirib ki, Rusiya üçün başqalarının işinə müdaxilə etməyin mənası yoxdur.