04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onlar sentyabrın 16-da görüşəcəklər

13.09.2019

Sentyabrın 16-da Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş keçiriləcək.
APA-nın xəbərinə görə, Ankarada baş tutacaq görüşdə Suriya böhranı müzakirə olunacaq. Zirvə görüşündə Suriyanın İdlib, Menbiç bölgələrində, Fərat çayının cənubunda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılacaq.
Ərdoğan daha sonra Rusiya və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.
Görüşlərdən sonra mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, yaxın zamanlarda İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə daha bir sammit keçirilməsi planlaşdırılır.