03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə ölənlərin sayı 7-yə catdı

13.09.2019

Ötən gün Türkiyə vaxtı ilə 18:00 radələrində Diyarbəkir şəhərinin Kulp rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı yeddiyə çatıb.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, Daxili İşlər naziri Süleyman Soylu hadisədən dərhal sonra bölgəyə gələrək Diyarbəkirdəki Səlahəddin Əyyubi Dövlət Xəstəxanasına yerləşdirilən yaralılara baş çəkib.
Terror aktı bölgədə vəziyyəti daha da gərginləşdirib. Belə ki, övladları PKK tərəfindən qaçırılan valideynlər Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir şöbəsi qarşısında fasiləsiz piket keçirdikləri bir vaxtda qanlı terror aktının törədilməsi yerli əhalinin hiddətini daha da artırıb. Təhlükəsizlik qüvvələri bölgədə asayışin pozulmasının qarşısını almaq üçün genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb.
HDP-nin binası qarşısında keçirilən aksiyaya dəstək məqsədilə sentyabrın 12-də Mardin şəhərində də izdihamlı yürüş olub.