03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ərazilərdə qaz olmayacaq

13.09.2019

Bu ərazilərdə qaz təchizatı dayandırılıb.
Sentyabrın 13-də səhər saat 09:00-dan "Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunduğu üçün Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
Bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Həmçinin, saat 09:00-dan orta təzyiqli yeraltı qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı Cəlilabad rayonunun bir hissəsi və 10:00-dan aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Lənkəran rayonunun bir hissəsində qazın verilişinə fasilələr tətbiq ediləcək.
Bundan başqa, Biləsuvar rayonunda M.İbrahimov küçəsində diametri 57 mm olan qaz xəttini minik avtomobili ilə vuraraq qırıblar. Hadisə yerinə yol polisi əməkdaşları da gəlib.
Baş verənlər sənədləşdirilib. Qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abonentin (çörək, qənnadı istehsalı ilə məşğul olan müəssisələr və başqaları) qaz təchizatı dayandırılıb.