28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xalq artistimiz möhtəşəm serialda - FOTO

12.09.2019

Xəbər verdiyimiz kimi, aktyor Kamran Ağabalayev Rusiya və Türkiyə istehsalı olan 12 seriyalı "Rus kölə" adlı serialda baş rolda çəkilir.
Xəbər verildiyi kimi, möhtəşəm layihədə daha bir həmyerlimiz Xalq artisti Pərviz Məmmədrzayev də rol alır. Bu barədə Kamran Ağabalayev sosial şəbəkədə məlumat verib. Xalq artisti ekran işində əsas rollardan biri olan Qubernator obrazında çəkilir.
Qeyd edək ki, tarixi janrda olan ekran işi ilin ən möhtəşəm seriallarından biri olacağı gözlənilir.
Ekran işində həmyerlimiz Kamran Ağabalayev də Bəyazıd ağa obrazına həyat verir.
"Rus kölə”də Xorvatiya, Gürcüstan, Rusiya, Ermənistan, İtaliya kimi ölkələrin aktyorları da iştirak edir.
Məlumat üçün bildirək ki, serialda türk, rusiyalı və gürcü aktyorlar da yer alacaq. Layihənin rejissoru Elena Deniseviçdir./publika/