05 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MDB ölkələrinə bu xidmətlərin qiyməti bahalaşıb

11.09.2019

Cari ilin avqust ayında iyul ayına nisbətən dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb.
Verilən məlumata görə, qeyd edilən müddətdə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.
Qeyd edək ki, cari ilin avqust ayında iyul ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, tibbi və stomatoloji xidmətlərin, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri də bahalaşıb.
Dövlət Statistika Komitəsinin hüsabatına əsasən, digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.