04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın Kremldəki məxfi casusunun ADI BİLİNDİ

10.09.2019

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya hökumətində olan informatoru Rusiya Prezident Administrasiyasının keçmiş əməkdaşı Oleq Smolenkov ola bilər.
Bu məlumatı "Kommersant” yayıb. Qəzet məhz bu şəxsin 2017-ci ildə Montoneqroya ailəsi ilə birgə istirahətə getdikdən sonra yoxa çıxdığını yazıb.
Smolenkovun Putinin köməkçisi Yuri Uşakovla Rusiyanın ABŞ-dakı səfirliyində çalışdığı və Moskvaya geri döndükdən sonra Uşakovun yanında - Prezident Administrasiyasında işləməyə davam etdiyi bildirilib. Bununla belə qəzetin mənbələri Smolenkovun amerikalılara dəyərli informasiya verəcəyinə inanmadıqlarını, casusun Prezident Administrasiyasında daha çox texniki işlərlə məşğul olduğunu bəyan ediblər.
2017-ci ildə Smolenkov, həyat yoldaşı və üç övladının Montoneqroda itməsindən sonra Rusiya İstintaq Komitəsi onların öldürülməsiylə bağlı cinayət işi başladıb. Cinayət işiylə bağlı istintaq bir neçə dəfə dayandırılsa da, sonradan yenilənib. Bununla belə aparılan araşdırmalardan Rusiya Federal Təhlükəsizlik Xidməti Smolenkovların sağ olduğunu və başqa ölkələrdə yaşadıqlarını öyrənə bilib.
"Kommersant” həmçinin Smolenkovların hazırda Virciniyada 2018-ci ilin 5 iyununda 1,2 hektar həyəti olan 760 kvadrat metrlik mülk aldıqlarını da bildirib. Onun gizlənmədən Vaşinqton yaxınlığında yaşadığı və dövlətin mühafizəsi altında olduğu vurğulanıb.
Qeyd edək ki, bundan öncə CNN öz mənbələrinə istinadən Kremldə ABŞ-ın məxfi casusunun olduğu və onun Rusiyadan 2017-ci ildə qaçırıldığı haqqında məlumat yaymışdı.