04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan - Xorvatiya oyununa 8 min bilet satılıb

09.09.2019

Bu gün futbol üzrə Avropa Cempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya oyununa 8 min bilet satılıb.
Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla deyib.
Onun sözlərinə görə, demək olar ki, oyun üçün satışa buraxılan biletlərin böyük əksəriyyəti satılıb: "Oyun keçiriləcək stadion təxminən 10 min nəfərə qədər azarkeş qəbul etmək gücündədir. Bunun da bir hissəsində texniki məslələrlə bağlı işlər görüldüyündən stadion 9 minə yaxın azarkeş qəbul edə bilər. 8 mindən artıq bilet isə artıq satılıb. Günün sonuna qədər qalan biletlərin də satılacağı gözlənilir".
F.Abdulla bildirib ki, oyunun keçirilməsi üçün stadionda bütün hazırlıqlar görülüb.
Xatırladaq ki, bu gün futbol üzrə Avropa Cempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan milli yığma komandası Xorvatiya milli yığması ilə qarşılaşacaq. Oyun saat 20:00-da "Bakcel Arena"da baş tutacaq.