04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hökumət Muqabenin ailəsi ilə razılığa gələ bilmir

09.09.2019

Zimbabve hökuməti və Robert Muqabe ailəsi ölkənin sabiq prezidentinin dəfn yeri barədə razılığa gələ bilmir.
Azərtac BBC media qrupuna istinadən xəbər verir ki, hökumət sabiq prezidentin dəfni üçün Harare şəhərindəki "Milli Qəhrəmanlar Akrı” kimi tanınan qəbiristanlığı təklif edib. Muqabenin qohumları isə öz növbəsində onun doğma kəndində, paytaxtdan 85 kilometr məsafədə yerləşən Kutamada basdırılmasında israrlıdır. Onlar hesab edirlər ki, Muqabeyə qarşı ədalətsiz davranılıb.
Ötən cümə günü Sinqapurdakı xəstəxanada dünyasını dəyişən Robert Muqabenin nəşi sentyabrın 11-də vətəninə gətiriləcək.
Ölkənin hazırkı Prezidenti Emmerson Mnanqaqva dəfn mərasiminə qədər ölkədə matəm elan edib. Eyni zamanda hakim partiya ölkənin sabiq liderinə milli qəhrəman adı verib.
Robert Muqabe Zimbabvenin müstəqillik əldə etdiyi 1980-ci ildən başlayaraq fasiləsiz olaraq 37 il ərzində ölkəyə rəhbərlik edib. 2017-ci ildə o, ev dustağı edilib, noyabrın 21-də isə impiçmenti gözləməyərək istefa verib.