04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dustan: Bu, bizim milli-mәnәvi borcumuzdur

09.09.2019

"Dövran Media" kult.az-a istinadən güneyli milli-mədəni fəal Mahmud Dustanın yazısını təqdim edir:
İrandakı Azərbaycan türklәri Qarabağ davamızı hәr zaman müdafiə edəcəklər. Bu, bizim milli-mәnәvi borcumuzdur.
Qarabağ Azәrbaycanın qәdim tarixi vilayәtlәrindәn biridir ki, 90-cı illərin əvvəllərindən işğalçı ermәnilərin tapdağı altındadır. Әhalisi soyqırıma mәruz qalıb, mәcburi şәkildә öz doğma ata-baba yurdlarından didәrgin düşüb, başqa şәhәrlәrә köç ediblәr.
80-ci illərin sonunda Dağlıq Qarabağın әn böyük yaşayış mәntәqәsi Xankәndidәn bütün azәrbaycanlılar qovulub vә 1990-cı ildә Ermәnistan açıq şәkildә Azәrbaycana qarşı işğalçılıq fәaliyyәtinә başlayıb. Ermәnilәr işğal etdikləri şәhәr vә kәndlәrdә, xüsusən Xocalıda yüzlərlə azәrbaycanlını - körpәləri, hamilə qadınları, qocaları xüsusi amansızlıqla öldürüb, dünya tarixindә әn dəhşətli soyqırımlardan birinə imza atıblar.
Tәәssüf ki, ötən günlərdə Tehranın millәt vәkili Әli Mütәhhәri etiraf edib ki, İranın xarici siyasәtindә İslam hәmrәyliyi vә qardaşlıq mәsәlәsinә kifayәt qәdәr diqqәt yetirilmir: "Qarabağ mәsәlәsindә Azәrbaycan haqlı olsa da, Ermәnistanın tәrәfini tutduq”.
Yaxud Paşinyanın fevral ayında, Xocalı soyqırımının ildönümü әrәfәsindә Tehranın "Ararat” klubunda ermәni icmasi ilә görüşü zamanı "Qarabağ Ermәnistandır vә son” plakatı ilә selfi çәkmәsi, İran dövlәtinin bu plakata göz yumması İslam hәmrәyliyi vә ölkәdә yaşayan 35 milyon türkә böyük bir sayğısızlıqdır.
Müsәlman türklәrinin Qarabağda milli-mәnәvi haqlarını qoruyub saxlamaq hər bir türk, müsәlman dövlәtinin borcudur. O cümlәdәn, İranın. İranda әn azı 35 milyon türk yaşayır. İstәr dil, istәrsə də din baxımdan İranda yaşayan türklәr, xüsusən Güney azәrbaycanlılar bu davada Azərbaycanın haqq səsinin yanında olmalıdır və olurlar da. İran hakimiyyәti ölkәdә 35 milyon azәrbaycanlının istәyinә önәm vermәlidir. İslam dini deyir ki, mәzlum vә sitәm altında qalan bir müsәlmanı himayә etmәk hәr bir müsәlmanın görәvidir. İran islam dininin bu qanununa əməl etməlidir.
Biz güneylilər quzeyli bacı-qardaşlarımızın yanındayıq vә hәr zaman onları işğalçı ermәnilәrin qarşısında müdafiə edib, dәstәklәyәcәyik.
İnşallah, bir gün Allahın yardımı vә millәtimizin iradәsilә işğalçıları Qarabağdan qovub, torpaqlarımızı geri qaytaracağıq.