04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkədən kənardakıları maliyyələşdirənlər var

09.09.2019

Siyavuş Novruzov kifayət qədər informasiyalı şəxsdir. Dediklərinin təsadüfi olmadığını düşünürəm. Bəli, mən onu bilirəm ki, Azərbaycandan xaricdəkiləri maliyyələşdirənlər var.
Bu sözləri "Yeni Müsavat”ın "Canlı debat"ında Ana Vətən Partiyasının rəhbəri, millət vəkili Fəzail Ağamalı ölkə gündəmi, siyasi proseslər, iqtidar-müxalifət münasibətlərinə dair sualları cavablandırarkən deyib.
"Bunlar kimdirsə, hansı qüvvələrdirsə, necədirsə, bunu artıq bizim hüquq-mühafizə orqanları araşdırmalıdır, ciddi reaksiya verilməlidir. Lakin eyni zamanda düşünürəm ki, maliyyələşmə prosesində daha çox antiazərbaycan qüvvələri və heç şübhəsiz ki, Ermənistanla bağlı olan dairələr ciddi rol oynayırlar”, - Fəzail Ağamalı bildirib.
Fəzail Ağamalı sözügedən şəxslərin həmçinin ölkəmizdəki həqiqi müxalifəti də aşağıladığını qeyd edib:
"Buna görə də müxalifətin özü də onlara qarşı mübarizə prosesində ciddi şəkildə maraqlı olmalıdır”.