09 05 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Soyuducularda TƏHLÜKƏ: Alimlərdən XƏBƏRDARLIQ

23.04.2018

"Dövran Media” Vladtime.ru saytına istinadən xəbər verir kı, ev soyuducularında saxlanılan məhsullarda yüksək temperatur səbəbiylə zərərli bakteriyalar meydana gələ bilər. BBC-nin Rip Off UK-dən olan tədqiqatcıların araşdırmaları göstərir ki, soyuduculardakı məhsullar yanlış temperaturda saxlanılır. Bu da qida zəhərlənməsinə səbəb olur və ya ölümlə nəticələnir. Britaniyalı alimləri iddia edirlər ki, soyuducuların təxminən 90% -i temperatur rejimini pozur, çünki onların temperaturu +5 dərəcədən yuxarıdır. Cardiff Universitetindən Ellen Evans bildirib ki, ekspertlər altı gün ərzində 46 ev soyuducularını yoxlayıblar. Nəticədə, bunlardan 39-unda istənilən temperatur müşahidə edilmişdir. Hər dəfə soyuducuların qapıları açıldıqda içəridə temperatur yüksəlir və uzun müddətə bərpa edilir. Llisteria bakteriyası olan məhsul soyuducuda sınaqdan keçirilıb və altı gün ərzində 7.5 dərəcədə listerianın sayı min dəfədən cox artıb. Bu bakteriyanın qripə bənzər əlamətləri vardır, lakin onlar daha öldürücü ola bilirlər. İmmuniteti zəif, onkoloji insanlar, hamilə qadınlar, uşaqlar və yaşlılar risk qrupuna daxildirlər. Lakin bakteriya, məhsulların yüksək temperaturla hazırlandıqda məhv olur. Alimlər isə təhlükəsiz olmaq üçün yeni soyuducu deyil, adi termometr almağı tövsiyə edirlər, cünki temperatur göstəricisi nəzarət etməyə kömək edəcək.