01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Boksçusumuz yarımfinala yüksəldi

09.09.2019

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib. 
Azərbaycan millisinin idmançısı Murad Allahverdiyev yarışın yarımfinalına vəsiqə əldə edib.
Azərbaycan Boks Federasiyasının məlumatına görə, 81 kq çəkidə mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda belaruslu Raman Kazyankovla üz-üzə gəlib.
Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. M.Allahverdiyev rəqibinə 4:0 (30:26, 30:26, 30:26, 30:26, 28:28) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.
Boksçumuz finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.