09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Formula 1 komandaları artıq Bakıdadır

23.04.2018

2018-ci il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar artıq şəhərimizə gəlməyə başlayıb.
"Dövran Media" bildirir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, komandaların nümayəndələri artıq Bakıdadır, pilotlar isə bir neçə günə gələcək. Bir neçə gün ərzində həm komandaların, həm də pilotların hamısının gəlməsi nəzərdə tutulub.
O qeyd edib ki, komandaların avadanlıqları da Bakıya gətirilir. Bu həftə içində böyük logistika işləri həyata keçirilməlidir, çünki hər bir komanda öz avadanlığını gətirir.
N.Arpadarai əlavə edib ki, bütün işlər qrafikə uyğun həyata keçirilir.