02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Dorian" 40-dan çox can aldı

07.09.2019

Baham adalarında "Dorian" qasırğası nəticəsində azı 43 nəfər həlak olub.
"RT"nin verdiyi xəbərə görə, bu barədə Baham adalarının baş naziri Hyunert Minnisin nümayəndəsi açıqlamasında bildirib.
"Dorian" qasırğasına görə 43 ölüm faktı qeydə alınıb. Dağılmış Baham adalalarında qəza və təcili xidmətlər işini davam etdirdikcə, bu sayın xeyli artacağı ehtimal olunur", - məlumatda deyilir.
Qeyd edək ki, daha öncə 30 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.
Adalarda qasırğa daşqına səbəb olub. Evlər su altında qalıb. "Dorian" evlərin damını uçurub və avtomobilləri aşırıb.