Avropalılar nüvə sazişini xilas etməlidir - Cavad Zərif 
    
                          
     
                         06.09.2019
 
    
                        Avropalılar İranla nüvə sazişini xilas etmək üçün üçün səy göstərməlidirlər.
Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavab Zərif deyib.
"Avropalılar bu sazişin xilas edilməsi üçün addımlar atmalıdır. Çünki İranın nüvə sazişi çərçivəsində öhdəliklərini dayandırmasına səbəb Avropanın sazişdə göstərilən razılaşmaların bir hissəsini yerinə yetirməməsi idi”, - Zərif bildirib.