03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şagirdlər mobil telefondan istifadə edə bilərmi?

06.09.2019

Tədris ilinin başlama ərəfəsində bəzi məsələlər yenidən müzakirə olunmağa başlayıb.
Xəbər verildiyi kimi, bunlardan biri şagirdlərin məktəbə telefon aparması məsələsidir.
Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünür. Lakin telefonların uşaqların diqqətini yayındırdığını nəzərə alsaq, mübahisəli məsələ yaranır.
Məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə icazə verilirmi?
Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərində mobil telefondan istifadə ilə bağlı rəsmi qadağa yoxdur:
"Lakin tədris prosesi zamanı istifadəyə yol verilmir".