Ruslar ən çox bu ölkələrə   gedirlər 
    
                          
     
                         06.09.2019
 
    
                        İtaliya, Türkiyə və İspaniya rusiyalı turistlərin ən çox səyahət etdikləri ölkələrdir.
Xəbər verildiyi kimi, bu barədə "Skyscanner” xidmətinin araşdırmasında bildirilib.
Xidmət mütəxəssisləri yay mövsümündə aviabilet sifarişlərini analiz edərək, rusiyalı turistlərin iyun-avqust ayında ən çox hansı ölkələrə getdiklərini müəyyənləşdiriblər.
Ən məşhur 10 ölkənin siyahısına İtaliya başçılıq edir. Siyahıda Türkiyə 2-ci, ötən ilin lideri İspaniya isə 3-cü olub.
Siyahıya Monteneqro, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Almaniya, Fransa və Ermənistan da daxildir.