03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onlar havada iki dəfə toqquşdu - amma...

06.09.2019

Rusiyanın Lipetsk vilayətində iki qırıcı toqquşub.
 Ren Tv-nin məlumata əsasən, iki "Su-34" çoxhədəfli qırıcı-bombardmançısı məşq uçuşu zamanı vizual kontaktı itirdiklərinə görə bir-birinə dəyib.
Aparıcı təyyarənin qanadı digər təyyarənin kabinasına dəyib. Təyyarələri döndərmək istədikdə isə onlar bir daha toqquşublar. Bu zaman onlardan birinin mühərrikinə qırıntılar düşüb.
Ciddi zədələrə baxmayaraq, hər iki qırıcı yerə endirilib. Xəsarət alan olmayıb.
Təyyarələrdən birinin kabinası, mühərriki və füzelyajı zədələnib. Digərinin radioelektron mübarizə kompleksinin əsas hissəsi ilə qanadının ucu qırılıb.
Qırıcı-bombardmançılar Rusiya Müdafiə Nazirliyinin Aviasiya Personalının Hazırlığı Mərkəzinə aiddir.