03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: Bu qadın həqiqətən də eybəcərdir+FOTO

06.09.2019

Fransanın birinci xanımı Bricit Makronun ünvanına daha bir təhqir səsləndirilib.
Braziliyanın İqtisadiyyat naziri Paulu Qedes mətbuat konfransında onun "eybəcər" olduğunu deyib.
P.Qedes Fransa Prezidenti Emmanuel Makronun xanımını təhqir edən Braziliya liderini dəstəkləyib.
"Bu, həqiqətdir - bu qadın həqiqətən də eybəcərdir", - deyən P.Qedes onu da əlavə edib ki, çirkin qadın yoxdur, yanlış baxış bucağından baxdığımız qadınlar var.
Onun bu sözü auditoriyada gülüş yaradıb.
Qeyd edək ki, bir müddət öncə "Facebook"da Braziliya Prezidenti Jair Bolsonaru və Fransa Prezidenti Emmanuel Makronun xanımları ilə bir yerdə çəkdirdikləri şəkillərin fotokollajı paylaşılmışdı. Şəkil "İndi başa düşürsünüz, niyə Makron Bolsonarunu təqib edir? Bu, qısqanclıqdır" sözləri ilə müşayiət olunur.
J.Bolsonaru fotonu yarızarafat şərh edərək yazmışdı: "Bu adamı alçaltma".