08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ daha bir bombardmançını Avropaya göndərdi

06.09.2019

ABŞ B-52 strateji bombardmançısını Böyük Britaniyadakı bazaya göndərib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığı məlumat yayıb.
ABŞ Hərbi Hava Qüvvələrinin 307-ci bombardmançı qanadının tərkibinə daxil olan təyyarə Luizina ştatındakı Barksdeyl hava bazasından yola düşüb. Bombardmançı "Ample Strike 19”, "Cobra Warrior” təlimləri və "NATO günləri” aviaşousunda iştirak edəcək.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın 3 ədəd B-2 bombardmançısı Böyük Britaniyanın Fairford aviabazasına yerləşdirilmişdi.