25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

60 metrlik yeni piyada keçidi tikilir

06.09.2019

Bakıda daha bir yeraltı piyada keçidinin tikintisinə başlanıb.
Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, piyada keçidi paytaxtın Heydər Əliyev prospektində inşa olunur.
"Uzunluğu 60 metr olan yeraltı keçidin eni 5, hündürlüyü isə 3 metrdir. Hazırda işlərin böyük hissəsi yekunlaşıb. Yaxın günlərdə keçidin 18 metrlik hissəsinin qazıntısı aparılacaq. Keçid yolun altından salınır. Keçidin bir tərəfi prospektlə kəsişən Zəki Məmmədov küçəsinə çıxacaq. Bu isə ən çox yolun həmin hissəsindən gündə bir neçə dəfə keçən piyadaların işini asanlaşdıracaq.
Piyada keçidi bu ilin sonunadək istifadəyə veriləcək".