08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Qəhrəmanın heykəlinin qoyulması rəğbətlə qarşılanıb -FOTO

05.09.2019

Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin qoyulması rəğbətlə qarşılanıb.
Verilən məlumata görə, heykəl üzərində işlər aprel ayından başlayıb. Heykəlin müəllifləri Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri Rahib Qarayev və Zamik Rzayevdir. Bu möhtəşəm heykəlin yaradılmasını Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova Albert Aqarunovun komandiri Hacı Əzimov təklif edib. Bundan sonra heykəlin eskizləri hazırlanıb və dövlət tərəfindən təsdiqlənib.
Heykəlin yuxarı hissəsi, yəni Albert Aqarunov və tankı bürüncdəndir. Bu material dözümlü olduğu üçün seçilib. Alt hissəsi isə betondandır.
Heykəlin kompozisiyası olduqca maraqlı və orijinaldır. Belə ki, kompozisiyasındakı dağlıq hissə hadisələrin Dağlıq Qarabağda baş verməsinə işarədir. Yəni Dağlıq Qarabağı simvolizə edir. Albert Aqarunov Dağlıq Qarabağda - Şuşada döyüşdüyünə görə bu forma seçilib.
Məlumata görə, heykəltəraşlar tankı həm də ona görə dağlıq hissədə əks etdiriblər ki, yarımçıq olsun və Albert Aqarunovun özünün heykəli çox kiçik görünməsin.
Əslində, heykəl açılış gününə qədər gizli saxlanılmalı və açıqlanmamalıydı. Lakin heykəl qoyulduğu yerdən fotolar yayıldığı üçün bu barədə məlumat verməyə məcbur olublar.
Hazırda heykəl üzərində son tamamlanma işləri gedir