25 08 2025-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Baş nazir Speys TV-də – aparıcı isə...

04.09.2019

Bu günlərdə Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Speys TV-yə gəlməsi maraq doğurub.
Kanalın mətbuat xidmətindən səfərin məqsədi ilə Kult.az-a bildirilib ki, Baş nazir Novruz Məmmədov Speys TV-də yeni layihədə iştirak edib.
"Sentyabrın 6-da saat 22:50-də Speys TV-də "Sadə həqiqətlər” verilişi yayımlanacaq. Verilişin ilk qonağı isə Novruz Məmmədov olub. İctimai-siyasi yüklü "Sadə həqiqətlər” verilişi digər verilişlərdən fərqlidir və proqnozlara görə ilin ən uğurlu layihəsi olacaq:
"Sadə həqiqətlər” verilişi forma və məzmunca yeniliklərlə zəngindir. Bundan başqa, verilişin aparıcısı efirdə görünməyəcək”.
Maraqlıdır, bəs aparıcı kimdir?
"Verilişin qaydasına görə, aparıcı efirdə görünməyəcək, amma aparıcının səsindən yəqin onun kimliyini müyyən tamaşaçılar müəyyənləşdirə biləcəklər. Yalnız bunu deyə bilərəm ki, aparıcı tək Azərbaycanda yox, dünya səviyyəsində tanınmış bir insandır”, - mətbuat xidmətindən bildirilib.