05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa İttifaqı dəvə ferması açacaq - Azərbaycanda

04.09.2019

Avropa İttifaqı (Aİ) Tədqiqat və Innovasiya üzrə Tərəfdaşlıq (PRİMA) layihəsi çərçivəsində Azərbaycanda dəvəçiliyin inkişaf etdirilməsi üçün pul ayırıb.
Xəbər verildiyi kimi, ümumi büdcəsi 2 milyon avro olan layihəyə Fransa, Almaniya, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan və Kanar adaları daxil edilib. 3 il davam edəcək və 2 milyon avro büdcəsi olan layihə çərçivəsində Türkiyədə dəyəri 375 min avro olan Aydının İncirliova mahalında dəvə ferması salınıb.
Azərbaycanda da büdcəsi 250 min avro olan dəvə fermasının açılması gözlənilir.
Qeyd edək ki, layihənin məqsədi ölkələrdə dəvələrin sayını artırmaq və bu heyvanın südünü ixrac etməkdir.
Xatırladaq ki, bu gün dünyada 35 milyona yaxın dəvə var. Azərbaycanda isə 200 baş dəvə olduğu deyilir./unikal.org/