27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cavan Zeynallı qəzəbləndi: Biabırçılıqdır

04.09.2019

Xalq artisti, caz ustadı Cavan Zeynallının ölüm xəbəri yayılıb. Sosial şəbəkə istifadəçiləri sənətkarın dünyasını dəyişdiyini yazıblar.
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı C.Zeynallı ilə əlaqə saxlayıb.
Cazmen haqqında yayılan xoşagəlməz xəbərin dezinformasiya olduğunu deyib:
"Dünən gecədən səhərə kimi telefonlarım susmayıb. Hamı mənə zəng vurub deyir ki, Cavan müəllim, hər şey qaydasındadır, səhhətiniz yaxşıdır? Bu, ucuz sensasiyadan başqa bir şey deyil. Biabrçılıqdır. İllər öncə mənim başıma eyni hadisəni gətirmişdilər. Şəklimi internetdə yayıb yazmışdılar ki, Cavan rəhmətə gedib. Mən heç bilmirəm bu kimi xəbərləri yayanlar kimlərdir... Belə şey etmək olmaz. Hamı narahatlıq keçirir".