28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı rəssamdan Ərdoğana hədiyyə

04.09.2019

Azərbaycanlı rəssam İlham Ənvəroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Konyaya səfəri zamanı tablo hədiyyə edib.
Dövran Media Realtv.az-a istinadən xəbər verir ki, türkçülüyü özündə əks etdirən tablodan məmnunluğunu bildirən Türkiyə prezidenti rəssamı Ankaradakı iqamətgahına dəvət edib.
İlham Ənvəroğlu 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1995-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsindən məzun olub.
Hazırda Selcuk Universitetinin professoru olan rəssam bugünədək xaricdə 25 fərdi sərgi açıb, 100-dən artıq beynəlxalq sərgidə iştirak edib. Keçirilən beynəlxalq müsabiqələrdə dünya birincisi olub.
Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Macarıstanda keçirilən "Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisi keçirilib.