28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Eyni tarixdə, eyni hakim

03.09.2019

AVRO-2020-nin seçmə mərhələsində Uels - Azərbaycan oyununa təyinat alan Trustin Farrucia Kann yad sima deyil. 
Maltalı referinin yolu ikinci dəfə Azərbaycan təmsilçisi ilə kəsişir.
34 yaşlı hakim buna qədər bir dəfə 21 yaşadək futbolçulardan ibarət millimizin oyununda ədalət təmsilçisi olub. U-21 millimizin AVRO-2019-un seçmə mərhələsi çərçivəsində ötən ilin sentyabr ayının 6-da İsrailə qarşı matçını məhz Kann idarə edib. "Dalğa Arena"da baş tutan və Renat Dadaşovun fərqləndiyi qarşılaşmada 1:1 hesabı qeydə alınıb.
Ümumiyyətlə, Trustin Farrucia Kann beynəlxalq arena üçün təcrübəli hakim sayılmır. 2015-ci ildən FIFA referisi adını daşıyan maltalı əsasən avrokuboklarda təsnifat mərhələsinə və aşağı yaş qrupu üzrə yığmaların oyunlarına təyinat alıb. O, yalnız 1 dəfə əsas yığmaların matçında fit çalıb. Bu, ötən il Cəbəllütariqlə Latviya (1:0) arasında keçirilən yoldaşlıq görüşünə təsadüf edib.
Qeyd edək ki, Uels - Azərbaycan matçı sentyabrın 6-da Kardiffdə keçiriləcək.