28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lukaşenko: Ukraynadakı bu vəziyyət kiməsə lazımdı

03.09.2019

Ukrayna konfliktinin inkişafının ilk mərhələsində Avropa onun tənzimlənməsində maraqlı deyildi.
Xəbər verildiyi kimi, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Bu konflikt başlayanda mən o vaxt köməkçim olan indiki xarici işlər nazirini konkret fəaliyyət planı və keçirilməli olan tədbirlərlə bağlı şəxsi və Belarus hökuməti adına zəmanətlərlə göndərdim. Əlavə etdim ki, əgər siz (Avropa) əsas yükün Belarusun üzərinə düşdüyü bu planı geri çevirsəniz, mən Avropanın konfliktin başa çatmasını istəmədiyini düşünəcəm. Nə düşünürsünüz? Sivil Avropa bu planı hətta detallarına qədər rədd etdi və Donbasla Krım uğrunda mübarizəyə başladı. Ukraynadakı konfliktə görə hamımız əziyyət çəkirik. Bu mənim üçün şəxsi planda, dövlət başçısı, Ukraynanın qonşusu kimi ağrılı problemimdir. Demək olar ki, 5 il keçməsinə baxmayaraq, bu münaqişə niyə hələ də sonlandırılmayıb. Çünki bu vəziyyət kiməsə lazımdır”, - Lukaşenko bildirib