27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belə olsa, məktəb çantalarının çəkisi yüngülləşəcək

03.09.2019

Azərbaycanda dərsliklərin çəkisi yüngülləşdirilir.
Xəbər verildiyi kimi, Təhsil Nazirliyinin məlumatında bildirilib ki, dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində qurum tərəfindən müəyyən işlər görülüb.
Qeyd olunub ki, ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərə pilot istifadəyə veriləcək "Azərbaycan dili” və "Riyaziyyat” dərslikləri biri digərinin davamı olaraq iki hissəli şəkildə tərtib edilib. Bu dərsliklən I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub.
Nazirlik bəyan edir ki, əgər bu təcrübə özünü doğruldarsa, gələcəkdə digər iri həcmli dərsliklərin də iki hissəli şəkildə tərtibi məsələsinə baxıla bilər.