27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Novruzov Türkan Şorayla bir arada

03.09.2019

Azərbaycanın görkəmli sənətkarı Nəsibə Zeynalovanın oğlu, xalq artisti Cahangir Novruzov tanınmış türkiyəli aktrisa Türkan Şorayla görüşüb.
Xalq artisti görüşdə çəkilmiş fotoları şəxsi İnstaqram səhifəsində paylaşıb.
C.Novruzov paylaşıma "Qürub etməyən bir gözəlliyə sahib Türkan Şoray” qeydini yazıb.
Qeyd edək ki, C.Novruzov uzun illədir Türkiyədə yaşayır. O, hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.
Bir qədər əvvəl o, yerli mətbuata verdiyi açıqlamada yaxın vaxtlarda Vətənə qayıdacağını və yeni teletamaşa ilə Azərbaycan tamaşaçısını sevindirəcəyini bildirib.