28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Njde nasist agenti olub - Rusiya

03.09.2019

Rusiya Qaragin Njdenin nasist kollaborant və cinayətkar olduğunu etiraf edib.
Bu barədə Rusiyanın "Milli Müdafiə" ("Nasionalnaya oborona") jurnalında çap olunan Siyasi Tədqiqatlar İnstitutunun eksperti Pavel Severovun məqaləsində bildirilib.
Müəllif bu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı məruzəsinə toxunaraq bildirib ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası Üçüncü Reyxlə əməkdaşlıq etdiyi barədə məlumatların olduğu Qaragin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb:
"Rusiya XİN öz məruzəsində bu faktları xatırlatmaqla Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasını qınayıb. Rusiya xarici siyasət idarəsi məruzədə həm də Ermənistanda son 20 ildə nasist kollaborantların qəhrəmanlaşdırlmasının dövlət siyasəti olduğunu faktlarla göstərib".
P. Severov qeyd edib ki, Rusiya XİN bu qərarı Müdafiə Nazirliyinin məlum məsələ ilə bağlı nəşrindən sonra verib: "Rusiya xüsusi xidmət orqanlarının Qaragin Njde ilə bağlı rəsmi münasibəti Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Redaksiya Komissiyasının ordu generalı Sergey Şoyqunun sədrliyi ilə nəşr edilən 12 cildlik ensiklopediyanın "Gizli müharibə: Böyük Vətən müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat" adlı 6-cı cildində qeyd olunub. Ensiklopediyada bildirilib ki, Abverqrup 114-də aparılan agentura işi çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, "Njde" təxəllüsü ilə nasistlərə xidmət edən emiqrant Ter-Arutyunyanı aşkar edib və yaxalayıblar. Böyük Vətən müharibəsi illərində Njde Bolqarıstan ərazisində 30-dan çox milliyyətcə ermənini fəaliyyətə cəlb edib, onların Qızıl Ordunun arxa cəbhəsində diversiya hazırlığında iştirak edib. Əks-kəşfiyyat baş idarəsinin("SMERŞ") əməkdaşları tərəfindən 17 Njde tərəfdarının yaxalanaraq onların terror aktı törətmələrinin qarşısı alınıb",-deyə Rusiya MN-in ensiklopediyasında yazılıb.
Müdafiə Nazirliyinin ensiklopediyasında Qaragin Njdenin nasist Almaniyanın gizli agentli olduğu, sadəcə kəşfiyyat agentura işi üçün deyil, həm də Sovetlər İttifaqı ərazisində diversiya-terror aktları törətmək üçün böyük agentura şəbəkəsi yaratdığı da qeyd olunub.