03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Öcalanın adamı Qaraqulaq öldürüldüi - FOTO

03.09.2019

Türkiyə Silahlı Qüvvələri və Milli İstehbarat Təşkilatının (MİT) ötən gün İraqın şimalında Hakurk bölgəsində təşkil etdiyi əməliyyat nəticəsində öldürülən terrorçulardan birinin qırmızı bülletenlə axtarışda olan Nədim Qaraqulaq olduğu bəlli olub.
Xəbər verildiyi kimi, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumata görə, Nədim Qaraqulaq "Kava Qarzan” kod adı ilə fəaliyyət göstərib və terror qruplaşmasının Qəndil və Hakurk bölgələri arasındakı gömrük işlərinə nəzarət edib.
2013-cü ildən qırmızı bülletenlə axtarışda olan Kava Qarzanın bir müddət Haftanin bazası istiqamətindən Türkiyəyə partlayıcı maddə göndərilməsinə nəzarət etdiyi qeyd edilib.
Türkiyə mətbuatı, həmçinin, öldürülən terrorçunun qruplaşma lideri Abdullah Öcalanla fotolarını da təqdim edib.