03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kabildə terror: 5 ölü, 50 yaralı var

03.09.2019

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış nəticəsində ən az 5 nəfər ölüb, 50 nəfər yaralanıb.
"Dövran Media"nınTASS-a istinadən verdiyi məlumata görə, bu barədə TOLO news telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Qurbanların və xəsarət alanların sayının arması istisna edilmir. 
Partlayış hökumət binalarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazidə - "Green Village” (Yaşıl Kənd) kompleksinin yaxınlığında PD9-un Kabil bölgəsində baş verib. 
Yerli polisin məlumatına görə, partlayıcı maddələrlə dolu bir avtomobil yola düşüb. Bundan sonra yaxınlıqdakı yanacaq anbarında yanğın baş verib. Bir neçə evə ziyan dəyib.
Taliban radikal Əfqan hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Hadisədən sonra ərazidə atışma səsləri eşidilib.