03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu foto Yunanıstanı silkələdi

02.09.2019

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Tuzla bölgəsindəki hərbi məktəbdə şəkil çəkdirdiyi kürsünün arxasında yerləşdirilmiş xəritə Yunanıstan mətbuatının gündəminə çevrilib.
Yunanıstanın "Ekathimerini”, "Ta Nea”, "Ethnos” kimi nüfuzlu nəşrləri Ərdoğanın sözügedən fotosunu öz manşetlərində təqdim edib.
Hər üç nəşr xəritənin Egey dənizi hissəsinə xüsusi diqqət ayırıb. Burada Krit adasından şərqdəki adaların Türkiyə ərazisi kimi göstərildiyini iddia edən yunan mətbuatı ölkə əhalisinin sözügedən fotodan narahatlığını ön plana çıxarıb.