03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gimnastlarımız medalla qayıdır - FOTO

02.09.2019

Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə "Challenge" seriyasına aid Dünya Kuboku keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ölkəmizi bu yarışda milli komandamızın üzvləri Murad Ağarzayev və Cavidan Babayev uğurla təmsil ediblər.
Belə ki, altı alətin hər birində finala vəsiqə qazanan Murad, ən yaxşı çıxışını dayaqlı tullanmada nümayiş etdirib. Gimnastımız 14,175 xalla turnirin qızıl medalını qazanmağa müvəffəq olub.
Digər təmsilçimiz C.Babayev də komanda yoldaşından geri qalmayaraq, bu gün iki final mərhələsində öz gücünü sınayıb. Cavidan halqalarda çıxışı ilə fərqlənərək, 13,750 xalla bürünc medala layiq görülüb.