08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan onlara qarşı tədbiri gücləndirib

02.09.2019

AKP yeni partiya quracağı gözlənilən Əli Babacan və Əhməd Davudoğluna qarşı tədbirləri gücləndirib.
Xəbər verildiyi kimi, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, AKP rəhbərliyi yeni yaradılacaq partiyaya AKP üzvlərinin qoşulmasının qarşısını almağa çalışır. Bu istiqamətdə partiya ilə əlaqələri pozulmuş və ya nisbətən partiyadan uzaqlaşmış üzvlərlə münasibətlərin bərpası üçün "vəfa iclasları” keçirilməsinə başlanılıb. Partiya daxilində bu cür toplantıların keçirilməsi məqsədəuyğun hesab edilsə də, bu prosesin bir qədər gec başlanmasından şikayət edilib.