29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp: Çinlə ticarət danışıqları aparılacaq

02.09.2019

ABŞ Prezidenti Donald Tramp sentyabrda Çinlə ticarət danışıqları aparacağını təsdiqləyib.
Bazar günü Birləşmiş Ştatlar Çindən tədarük olunan 300 milyard dollar dəyərində malların rüsumunu yenidən 15 faiz artırıb.
ABŞ-ın Geyim və Ayaqqabı Malları Assosiasiyasının bəyanatına əsasən, yeni rüsumlar Çindən gələn 91,6 faiz geyim, 68,4 faiz ev tekstili malları və 52,5 faiz ayaqqabılara şamil olunacaq.
"Biz Çinlə danışıqlar aparırıq. Görüş, bildiyiniz kimi, əvvəlkitək sentyabra planlaşdırılır. Görək, nə olacaq! Lakin biz Çinə ölkəmizi soymağa daha icazə verə bilmərik", - deyə D.Tramp jurnalistlərə bildirib.
ABŞ lideri hesab edir ki, Çinin ticarət məsələsində ABŞ-la razılaşmaqdan başqa seçimi yoxdur.
Onun sözlərinə görə, Çin iqtisadiyyatı böyük itkilərə məruz qaldığı üçün Pekin mümkün qədər tez razılaşma əldə etmək istəyir. D.Trampın fikrincə, ABŞ iqtisadiyyatı bundan ancaq qazanır.