29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda çörəyimizi yeyib, erməni dilində oxuyan məşhur... - VİDEO

02.09.2019

Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskayanın Azərbaycanda səfərdə olarkən erməni dilində mahnı oxuması qalmaqala səbəb olub.
Xəbər verildiyi kimi, sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda Uspenskayanın piano arxasında erməni mahnı ifa etməsi, daha sonra isə sözügedən dildə Bakıda da mahnı ifa etdiyini etiraf etməsi əks olunub.
"Qarabağ müharibəsinin ən qızğın vaxtı idi, Bakıya qastrol səfərinə getmişdim. Konsertdən sonra azərbaycanlılar məni nahar yeməyi üçün Bakının məşhur restoranlarından birinə apardılar. Biz orada o qədər spirtli içki qəbul etdik ki, "lül-qəmbər" olduq. Birdən qonaqlar dedilər ki, Lyuba, dur, bir mahnı ifa et. O qədər içmişdim, ağlımdan tamamilə çıxmışdı ki, haradayam. Başladım erməni dilində mahnı ifa etməyə. Musiqiçilər məni bir neçə dəqiqə müşayiət etdikdən sonra yerlərindən durub, çıxıb getdilər".
Daha sonra L.Uspenskaya həmin mahnını ifa etmək üçün yenidən piano arxasına əyləşib.
Sözügedən görüntülər sosial şəbəkə istifadəçilərinin, Azərbaycanın tanınmış şəxslərinin etirazına səbəb olub. Müğənni Eldar Qasımov, aparıcı Nərgiz Cəlilova və xalq artisti Flora Kərimova onun addımı tənqid ediblər. Azərbaycanlılar L.Uspenskayanın Azərbaycana gəlib, burada oxuyub, pul qazanıb və daha sonra bu cür addım atmasının yolverilməz olduğunu dilə gətiriblər.