09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qəbul imtahanlarını “Kaspi”də keçirsinlər" - Sona Vəliyeva

21.04.2018

Bizim bir çox ölkələrin nüfüzlu univüristetləri ilə əməkdaşlığımız var.
"Dövran Media" xəbər verir ki, Bakıda Kaspi Təhsil şirkətinin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan təhsil körpüsü” adlı konfransda çıxış edən "Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib.
Sona Vəliyeva Ulu öndər Heydər Əliyevin təhsil haqqında dediyi fikirləri xatırladıb:
"Heydər Əliyev "Təhsil bir millətin gələcəyidir. Əgər istəyirsizsə ki, bir millətin gələcəyi möhkəm olsun, onun təhsilinə fikir vermək lazımdır"- deyə bildirib. Prezident İlham Əliyev də qara qızılın insan kapitalına çevilçəsini irəli sürüb. Mən üzünü türkiyəli qonaqlara tutaraq deyirəm ki, təhsil üçün üz tutduğunuz Azərbaycan sizin doğru məkanınızdır".
Sona Vəliyeva qeyd edib ki, Kaspi Şirkətinin bir çox ölkələrin nüfuzlu universitetlərlə əməkdaşlığı var:
"Müxtəlif xarici ölkələrə oxumaq üçün göndərdiyimiz tələbələr təhsil alıb qayıdaraq bizlə çiyin-çiyinə çalışır. Əminəm ki, Türkiyə ilə əməkdaşlığımız daha sürətli inkişaf edəcək. Çox istərdim ki, Türkiyə universitetləri öz imtahanlarını bizim təhsil şirkətində keçirsinlər. Çünki müxtəlif ölkələrdə təhsil alan tələbələrimizin taleyi ilə daim maraqlanırıq. Təhsillərini başa vurduqdan sonra onların taleyini düşünürük. Bu mənada birgə iş yaransa, şad olarq”.