29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT-dən İsrail və Livana ÇAĞIRIŞ

02.09.2019

BMT Baş katibi Antonio Quterreş İsraillə Livanı təmkinli olmağa, 2006-cı ildə atəşkəslə bağlı əldə edilmiş razılaşmaya əməl etməyə çağırıb.
Bu sözləri BMT baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
Düjarrik sərhəddə baş vermiş insidentlə bağlı BMT baş katibinin narazılığını dilə gətirib.
"Baş katib tərəfləri maksimal dərəcədə təmkinli olmağa, 1701 saylı qətnamənin tələblərini pozan bütün fəaliyyətləri dayandırmağa çağırıb”, - Düjarrik bildirib.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən hərbi baza və texnikasının raket atəşinə tutulduğunu açıqlayıb. Hizbullah qruplaşması İsrailə məxsus hərbi maşını vurduqlarını və hadisə zamanı ölənlərin olduğunu iddia etsə də, İsrail ordusu insan tələfatı olmadığını bildirib.