29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Papa liftdə qaldı

01.09.2019

Roma Papasının dindarlarla Müqəddəs Pyotr kilsəsində ənənəvi bazar görüşü təxminən yarım saatlıq gecikmə ilə başlayıb.
"RİA Novosti" xəbər verir ki, buna səbəb Papanın liftdə qalması olub.
Tərəfdarlarına səslənən Papa Fransiskus gecikdiyi üçün üzr istəyib və 25 dəqiqə liftdə qaldığını deyib. O, daha sonra xilas edildiyi üçün yanğınsöndürənlərə təşəkkür edib.
Bəlli olub ki, Papa onu şəxsi yaşayış yerindən Apostol sarayının dördüncü mərtəbəsinə qaldıran kiçik liftdə qalıbmış.
Liftə əsas çıxış olan V Sikst qapısı Vatikanın ictimaiyyət üçün ən qapalı ərazilərindən biri hesab olunur.