29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qola görə avtomobil qazandı - FOTO

01.09.2019

Rusiya Premyer Liqasında çıxış edən "Axmat"ın futbolçusu Bernard Berişa avtomobillə mükafatlandırılıb.
"Qazeta.ru" xəbər verir ki, bu barədə klubun prezidenti Maqomed Daudov "İnstagram" səhifəsindən açıqlama verib.
O, bildirib ki, Rusiya Premyer Liqasının "Tambov"la oyunundan (1:1) sonra qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qola imza atan Berişa klubun əsas sponsoru, Çeçenistanın keçmiş Prezidenti Əhməd Kadırovun adını daşıyan fond tərəfindən avtomobillə mükafatlandırılıb.
Qeyd edək ki, Kosovo millisinin üzvü olan Berişa 2017-ci ildən "Axmat"ın şərəfini qoruyur.