05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qorbaçov və Yeltsinin nəvələri harada yaşayırlar?

31.08.2019

SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun yeganə qızı İrina Virqanskaya artıq 10 ildir Bavariyada yaşayır və Almaniyada Qorbaçov Fondunun işini kurasiya edir.
M.Qorbaçovun böyük nəvəsi Kseniya da ora köçüb.
Kseniyanın qızı Almaniyada birinci sinifə gedib. Onun kolleksiya şərablarından ibarət kiçik mağazası var. Eks-prezidentin kiçik nəvəsi Anastasiya Virqanskaya da əri ilə Berlində yaşamağa üstünlük verib.
Rusiyanın keçmiş Prezidenti Boris Yeltsinin isə iki qızından altı nəvəsi var. Onun böyük qızı Yelenanın uşaqları barədə az məlumat var. Yelenanın iki qızı çoxdan ərə gedib və Moskvada yaşadıqları deyilir.
B.Yeltsinin kiçik qızı Tatyananın oğlu ABŞ-da təhsil alıb, lakin diplom ala bilməyib. Buna görə də Rusiyada bizneslə məşğul olmağa başlayıb. Tatyananın ikinci oğlu Qleb üzgüçülüklə məşğuldur və məşqçi kimi fəaliyyət göstərir. B.Yeltsinin ən kiçik nəvəsi Mariya bu yaxınlarda Avstriyada elit məktəbdən məzun olub.