09 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Koreya Pompeonu buna görə günahlandırır

31.08.2019

Şimali Koreya ABŞ-ın Dövlət katibi Maykl Pompeonu rəsmi Pxenyan və Vaşinqton arasında dialoqu pozmaqda ittiham edib. 
Bu barədə Şimali Koreyanın Xarici İşlər nazirinin birinci müavini Soy Son Xi bildirib. 
Onun sözlərinə görə, Maykl Pompeonun son bəyanatları Şimali Koreya və ABŞ arasında dialoqun bərpasını çətinləşdirir: "Bizim ABŞ-la dialoq gözləntimiz tədricən yox olur. Bu səbəbdən də biz indiyə qədər gördüyümüz tədbirləri yenidən nəzərdən keçirmək məcburiyyətindəyik”. 
O xatırladıb ki, bu həftə çıxışlarının birində ABŞ Dövlət katibi Şimali Koreyanın hərəkətlərini "fırıldaqçı" adlandırıb: "Belə bəyanatlar yersiz, qıcıqlandırıcı və təhqiramizdir. Sonradan acı peşmançılıq yaşamamaqdan ötrü ABŞ bizim səbrimizi sınamamalıdır”.